İranda zəlzələ nəticəsində ölən və yaralananlar var - YENİLƏNİB
İranda güclü zəlzələnin nəticələri barədə yeni məlumatlar yayılır.
Artıq ölkənin kütləvi informasiya vasitələrində insan təlafatı barədə informasiyalar verilir. Bildirlir ki, təbii fəlakət nəticəsində azı 8 nəfər yaralanıb.
Bir nəfər isə üzərinə işıq dirəyinin düşməsi nəticəsində həlak olub.
Mənbə: “Mehr”
17:13
İranda güclü zəlzələ baş verib.
Avropa Aralıq dənizi seysmoloji mərkəzinin məlumatına görə, 6.5 ballıq yeraltı təkanlar ölkənin cənub bölgələrində qeydə alınıb.
Zəlzələnin episentri 352 min əhalisi olan Bəndər-Abbas liiman şəhəri yaxınlığında, 100 km dərinlikdə olub.
Dağıntılar və tələfat barədə, hələ ki məlumat yoxdur.
Mənbə: TASS