bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"Demə Vətən mənim üçün nə edib, de ki, mən Vətən üçün nə etmişəm!"

28-08-2021, 14:34 46 dəfə baxılıb

"Demə Vətən mənim üçün nə edib, de ki, mən Vətən üçün nə etmişəm!"


Vətənin hər bir insanın həyatında müqəddəs yeri var.

İnsan hələ kiçik yaşlarından Vətənin doğmalığını, onun təkrarolunmazlığını və ya sadəcə olaraq “Ana Vətən” kəlməsinin qəlbində yaratdığı istiliyi dərindən duyub hiss edir.

Hələ kiçik yaşlarımızdan valideynlərimizin dilindən “Vətən anadır” - kəlməsi eşidə-eşidə böyüyürük. Torpağın üstündə addımladıqca yavaş-yavaş dizlərimiz bərkiyir, qollarımıza qüvvət gəlir. Yaşa dolduqca dərk edirik ki, bu torpaqda yaşayırıqsa, bu yurdun havasını udub, suyunu içiriksə, bizə bu diyar həyat veribsə, deməli, biz bu ölkənin vətəndaşıyıq, bu torpağın övladıyıq. Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə - Azərbaycanımıza borcluyuq.

Hər bir insan yurduna sadiq və layiq vətəndaş olmağı üçün əlindən gələni etməlidir. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq. Yurdumuzda gözü olan düşmənləri qəlbimizdəki Vətən sevgisinin gücü, Vətən məhəbbətinin atəşi ilə yandırıb məhv etməliyik. Vətən yalnız ona görə böyük deyil ki, onun qəhrəmanlıq keçmişi, sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır.

Gənclik və yeniyetməlik illərində təhsil aldığım məktəbdə keçirilən bir çox yarışlarda, hərbi idman oyunlarında fəal iştirak edirdim. “Üfüqdə parıltı”, “Şahin” və başqa hərbi vətənpərvərlik oyunları bizim fiziki hazırlığımızı gündən-günə artırırdı. İbtidai hərbi hazırlıq fənnini tədris edən müəllimdən eşitdiyim sözlər heç yadımdan çıxmır. Müəllimimiz deyirdi: “Demə Vətən mənim üçün nə edib, de ki, mən Vətən üçün nə etmişəm!”

Həqiqətən, çox gözəl və dəyərli sözlərdir. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir.



ADPU-nun "Riyaziyyat və onun ibtidai kursunun tədrisi texnologiyası" kafedrasının dosenti,
R.Ü.E.F.D Balaşov Qulaməli Qurbanəli oğlu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930