Azərbaycanda dəhşətli hadisə: Ana və oğul eyni gündə intihar etdi
Bir neçə gün əvvəl Abşeron rayonu Saray qəsəbəsində itkin düşən 1991-ci il təvəllüdlü Həsənov Elşən Ədalət oğlunun intihar etdiyi məlum olub.
Publika.az xəbər verir ki, 30 yaşlı Elşənin meyiti Corat qəsəbəsində dəniz sahilində tapılıb.
Onun noyabrın 12-də özünü dənizə ataraq intihar etdiyi, daha sonra meyitini dalğaların sahilə çıxardığı məlum olub.
Məlumata görə, Elşən Həsənovun anası Rəfiqə Həsənova da noyabrın 12-də intihar edib.
Həmin gün anasının yaşadığı evin həyətində özünü asaraq həyatına son qoyduğunu görən gənc dərin sarsıntı keçirib və evdən çıxaraq dəniz sahilinə yollanıb. Həmin gün özünü dənizə ataraq intihar edib.
Hər iki faktla bağlı araşdırma aparılır.