bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Vəzifəli şəxslərin DİQQƏTİNƏ: Cərimələr tətbiq ediləcək

19-11-2021, 11:10 47 dəfə baxılıb

Vəzifəli şəxslərin DİQQƏTİNƏ: Cərimələr tətbiq ediləcək



İşçinin ezamiyyə xərclərini və müavinətlərini ödəməyən vəzifəli şəxslər cərimələnəcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, işçinin ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930