Cəlilabad sakini üçüncü mərtəbədən yıxılıb, vəziyyəti ağırdır
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
“Report” xəbər verir ki, rayonun Uzuntəpə kənd sakini Fərzəliyev Qafur Bilal oğlu beşmərtəbəli binanın üçüncü mərtəbəsindən yıxılıb.
O müxtəlif xəsarətlər alıb və təcili yardım avtomobili ilə rayon xəstəxanasına çatdırılıb.
Yaralının vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.