Azərbaycan Ordusunun Baş Qərargah rəisinə general-polkovnik rütbəsi verildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev general-leytenant Kərim Tofiq oğlu Vəliyevə “general-polkovnik” ali hərbi rütbəsi verib.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, K.Vəliyev müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisidir.