Azərbaycan Dövlət Pedaqoji Universiteti
Respublikamızın qocaman ali təhsil ocaqlarından olan Azərbaycan Dövlət Pedaqoji Universiteti 1921-ci ildə yaradılmışdır. Onun ilk buraxılışı 1923/24-cü tədris ilində olmuşdur. ADPU indiyədək 100 mindən artıq ali təhsilli müəllim kadrları hazırlamışdır.
Hazırda universitetdə aşağıdakı ixtisaslar üzrə müəllim və tərbiyəçi kadrları hazırlayan 10 fakültə və 55 kafedra fəaliyyət göstərir.
Universitetdə 730 nəfər müəllim, 330 nəfər köməkçi heyət çalışır. Bunlardan 59 nəfəri elmlər doktoru, professor, 329 nəfəri fəlsəfə doktoru, dosentdir. Universitetdə müxtəlif Elmlər Akademiyalarının 4 nəfər üzvü fəaliyyət göstərir.
Hazırda universitetin əyani və qiyabi şöbələrində 7 minədək tələbə təhsil alır. ADPU-nunun məzunları arasında elmin, mədəniyyətin, incəsənətin və ədəbiyyatın tərəqqisində samballı xidmətləri olan S.Vurğun, S.Rüstəm, M.Müşfiq, Y.Məmmədəliyev, Z.Xəlilov, Ş.Qurbanov kimi tanınmış simalar vardır.
ADPU-da 700 min nüsxədən ibarət kitab fondu olan kitabxana, qiraət zalları, hesablama-kompüter mərkəzi, onomastik laboratoriya, zoologiya muzeyi, tibbi xidmət mərkəzi və s. fəaliyyət göstərir. Universitetin Şamaxı və Şuşa filiallarında da təhsil sistemimiz üçün kadr hazırlığı aparılır. Məzunlara Təhsil Nazirliyinin təqdim etdiyi təhsil işçilərinə tələbat bölgüsü əsasında təyinat verilir.
Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Bakı Dövlət Universitetinin Şəki filialının və Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Şəki filialının bazasında yaradılmışdır. Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialına çevrilmişdir.
ADPU-nun "Riyaziyyat və onun ibtidai kursunun tədrisi texnologiyası" kafedrasının dosenti,
r.e.ü.f.d Balaşov Qulaməli Qurbanəli oğlu
« Kasım 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |