Bakıda avtomobil 19 yaşlı gənci vurub
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Musalı Ləman Elnur qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və sağ qaş nahiyəsinin çapılmış yarası diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.