Türk lirəsindən növbəti antirekord
Türkiyənin milli valyutası bir ABŞ dollarına nisbətdə 13,89 lirəyə qədər ucuzlaşaraq növbəti dəfə antirekordunu yeniləyib.
2021-ci ilin əvvəlindən türk lirəsi 70 % ucuzlaşıb. Bu ilin yanvar ayında bir ABŞ dolları 7,3 lirəyə alınıb.
Lirənin bu formada dəyər itirməsi son illərin ən böyük devalvasiyalarından biri olub.
Türkiyə Mərkəzi Bankı lirənin çöküşünün stabilləşdirilməsi və inflyasiyanın yavaşlaması çərçivəsində noyabr ayında əsas faiz dərəcələrindən birini 1 faiz bəndi endirib.
Mənbə: Vestnik Kavkaza