Ceyhun Bayramov: “Bu, Ermənistan rəhbərliyinin təxribat siyasətindən tam əl çəkməməsinin nümunəsidir”
“Siz də yəqin müşahidə edirsiniz ki, Ermənistan adətən elan edilmiş danışıqlar və tarixlər öncəsi təxribatlarını daha da intensivləşdirir”.
Oxu.Az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu, təsadüfi hal deyil:
“Bu, Ermənistanın siyasi rəhbərliyini təxribat siyasətindən tam əl çəkməməsinin nümunələridir”.