Cahit Bağcı: “Bir millət, iki dövlət” anlayışı Türkiyə - Azərbaycan münasibətlərinin mayasıdır”
“Bu gün Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan xalqının qurucusu Heydər Əliyevin anım günüdür. İlk növbədə Heydər Əliyevi rəhmətlə anırıq”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bildirib.
Onun sözlərinə görə, Heydər Əliyev müasir Azərbaycanın quruluşu, azadlığı uğrunda ən önəmli addımları atan, eyni zamanda Türkiyə - Azərbaycan münasibətlərinin köklü tarixində önəmli liderdir:
“Bugünkü Türkiyə - Azərbaycan münasibətlərinin təməli Heydər Əliyev tərəfindən qoyulmuşdur. “Bir millət, iki dövlət” anlayışının memarı Heydər Əliyevdir. Bu anlayış Türkiyə - Azərbaycan münasibətlərinin mayasıdır. Ümummilli liderin övladlarına yeganə vəsiyyəti Qarabağın azad edilməsi idi. Bu gün Qarabağ azaddır. Bu gün Heydər Əliyev məzarında rahat yatır”.