Sudanda 89 nəfər naməlum xəstəlikdən ölüb: ÜST hərəkətə keçdi
Cənubi Sudanın şərqində son bir neçə həftə ərzində naməlum xəstəlikdən azı 89 nəfər ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq xəstəliyin episentrinə çevrilmiş Conqley ştatına təcili tədqiqat üçün işçi qrupu göndərib.
Həmçinin, yerli hakimiyyət orqanları da hələ mənşəyi müəyyən edilməyən xəstəlikdən çox sayda ölənlər haqqında məlumat yayır. Xəstələrin əksəriyyəti son 60 ilin ən pis daşqını - 2021-ci il daşqınlarından təsirlənən ərazilərdə yaşayır.
Yoluxmaların vəba ilə bağlı olması barədə ilkin ehtimallar öz təsdiqini tapmayıb.
Mənbə: TASS