bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Xarici İşlər Nazirliyi ilin yekunlarını açıqlayıb

17-12-2021, 20:19 57 dəfə baxılıb

Xarici İşlər Nazirliyi ilin yekunlarını açıqlayıb



Tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun duayeni Nasser Abdul Kareem çıxış ediblər.

Nazir Ceyhun Bayramov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikasının 2021-ci il ərazində dövlət başçısının rəhbərliyi ilə həyata keçirdiyi, ölkəmizin milli maraqlarına əsaslanan, müstəqil, dönməz, açıq və praqmatik xarici siyasətindən danışıb. Zəfərimizin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin birinci il dönümünün qeyd edildiyi cari il ərzində xarici siyasət müstəvisində atılan uğurlu addımlar, o cümlədən Azərbaycan Respublikası Prezidentinin həm milli, həm də beynəlxalq təşkilatlara sədrliyi çərçivəsində irəli sürdüyü təşəbbüslər, həyata keçirilən layihələr, bölgədə münaqişə sonrası sülh quruculuğu istiqamətində atılan konkret addımlar, habelə ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Münaqişə sonrası bölgədə yaranmış yeni reallıqlar müstəvisində Azərbaycanın gələcəyə baxışını tədbir iştirakçıları ilə bölüşən nazir, dövlət rəhbəri tərəfindən bu xüsusda bəyan edildiyi kimi, Azərbaycanın bölgədə sülh quruculuğu, sabitlik və dayanıqlı inkişafa hədəfləndiyini vurğulayıb. Nazir azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı quruculuq işlərindən danışaraq, dost və tərəfdaş ölkələrin bərpa və quruculuq prosesində ölkəmizə dəstək olmasını minnətdarlıqla qeyd edib. Azərbaycanın bütün ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək və beynəlxalq platformalarda fəal iştirak etmək siyasətinin qarşıdan gələn ildə də uğurla həyata keçiriləcəyini söyləyən nazir Ceyhun Bayramov diplomatik korpusa səmərəli diplomatik fəaliyyətlərinə görə təşəkkür edib və onları yeni 2022-ci il münasibətilə təbrik edib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev çıxışında ölkələrimiz arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf etdirilməsinə daim diqqətlə yanaşıldığını və geridə qoymaqda olduğumuz il ərazində ölkələrimiz arasında dostluq əlaqələrinin inkişaf etdiyini qeyd edib. O, Azərbaycanın dünya dövlətləri ilə həmrəylik nümayiş etdirərək, COVID-19 qarşı qlobal mübarizədə öz töhfəsini verdiyini və bu gün beynəlxalq təşkilatlarda cərəyan edən proseslərin post-COVID dövründə siyasi və iqtisadi baxımından daha ədalətli dünya düzəninin qurulmasının zəruri etdiyini vurğulayıb. Hikmət Hacıyev çıxışında qlobal miqyasda üzləşdiyimiz hədə və təhdidlərin universal regional və beynəlxalq təşkilatların çevikliyinin artırılmasının və yeni reallığa uyğunlaşdırılmasının daha da zəruriliyinin şərtləndirdiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930