Azərbaycan çempionatına start verilib - FOTO
Bu gün voleybol üzrə Azərbaycan çempionatına start verilib.
Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov açılış nitqi ilə çıxış edib.
O bildirib ki, 1 illik fasilədən sonra çempionat bərpa olunub. C.Qurbanov komandalara uğur arzulayaraq, yarışı açıq elan edib.
Həmçinin federasiyanın vitse-prezidenti Faiq Qarayev də çıxış edərək bu mövsüm mübarizə aparacaq komandaların adlarını açıqlayıb.
Daha sonra Dövlət Himni səslənib və qadınlar arasında “Murov” və “Abşeron” komandalarının oyununa start verilib.
Qeyd edək ki, qadınlar arasında Super Liqada “Murov”, “Abşeron”, “Azərreyl” və UNEC, kişilər arasında Yüksək Liqada isə MOİK, “Neftçi” “Murov”, “Ekspress” və “Sərhədçi” mübarizə aparacaq.
Qadın voleybolçuların yarışı 6, kişilərin mübarizəsi 4 dövrədən ibarət olacaq. Yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.