bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda tanışını məscidin qarşısında öldürən şəxsə hökm oxunub

18-12-2021, 10:59 128 dəfə baxılıb

Bakıda tanışını məscidin qarşısında öldürən şəxsə hökm oxunub


Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Məhəmməd Rəhimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il avqustun 13-ü saat 15 radələrində Nəsimi rayonu, İbrahim Əbilov küçəsində yerləşən “Məşədi Dadaş” məscidinin qarşısında 1978-ci il təvəllüdlü Dadaş Həmzəyevin naməlum şəxs tərəfindən bir dəfə ürək nahiyəsinə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarətdən həmin gün saat 22 radələrində xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı, 1983-cü il təvəllüdlü M.Rəhimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə ilə əlaqədar törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

M.Rəhimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930