bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ələtdəki ağır qəzada xəsarət alanların son durumu AÇIQLANDI

18-12-2021, 10:59 123 dəfə baxılıb

Ələtdəki ağır qəzada xəsarət alanların son durumu AÇIQLANDI



Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşınının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən xəstələrdən birinin vəziyyəti ağırdır.

Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, 2010-cu il təvəllüdlü Ə.Əlillinin vəziyyəti kritikdir:

“Həkim müayinəsi zamanı ona kəllə-beyin travması və beyin əzilməsi diaqnozu qoyulub. Paralel olaraq ağciyərlərində də əzilmələr müşahidə edilir. Reanimasiyada olan digər iki nəfərin də vəziyyəti də orta-ağır olaraq qalır. Hazırda 3 nəfər reanimasiya şöbəsində, 3 nəfər isə stasionar şöbədə müalicəsini davam etdirir”.

Qeyd edək ki, dünən axşam saatlarında baş verən qəza nəticəsində 9 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930