bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qeyri Hökumət Təşkilatının sədri Prezident İlhah Əliyevə Təbrik Məktubu Göndərib!

24-12-2021, 15:29 192 dəfə baxılıb

Qeyri Hökumət Təşkilatının sədri Prezident İlhah Əliyevə Təbrik Məktubu Göndərib!

Məktubda deyilir:

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Sizi, 60 yaşınızın tamam olması münasibəti ilə öz adımdan və rəhbərlik etdiyim "Sosial Dövlət Naminə" Qeyri Hökumət Təşkilatının üzvləri adından səmimi-qəlbdən təbrik edirəm. Sizə uzun ömür, möhkəm can sağlığı, Vətənimiz Azərbaycanın inkişafı və qüdrətli olması üçün atacağınız bütün addımlarda uğurlar arzulayıram.
Zati-ailələri!
İnanırıq ki, Sizin üçün 60 illik şərəfli ömrünüz və 18 illik Prezidentlik dövründə ən gərgin və qürurverici hadisə 27 sentyabr 2020-ci il tarixində xalqımızın vahid ordu şəklində birləşərək, düşmən üzərinə yürüdüyü, Qələbəylə, Qalibiyyətlə - alnıaçıq, üzüağ, şərəflə bitirdiyi 44 günlük Qarabağ savaşı zamanı olub.
Vətənimizin 30 ilə yaxın bir müddət ərzində 20 faiz torpağının erməni işğalçılarından azad olunması üçün Sizin rəhbərliyiniz altında hazırlaşdı, qəhrəman hərbiçilərimizin qanı və misilsiz igidlikləri ilə azad edilmiş torpaqlarımızın geri qayıtması, möhtəşəm Qələbə ilə əvəzlədi.
Bu savaş bizə təkrarən o reallığı anlatdı ki, xalq birləşəndə, həllolunmaz sayılan bütün problemlərin, çətinliklərin öhdəsindən uğurla gəlir. Eyni zamanda, 44 günlük Vətən Müharibəsi dönəmində hərbi qələbəmizi əlimizdən almağa çalışanların -regionda qalıcı sülhə mane olmaq istəyən xarici təhdid və təzyiqlərin qarşısında necə mətanətlə müqavimət göstərməyinizin də dəfələrlə canlı şahidi olduq.
Xüsusilə qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan, eləcə də işğaldan azad edilmiş Qarabağımız Sizin rəhbərliyinizlə bütün sahələrdə, müasirləşdirilməsi yolunda ardıcıl və dinamik surətdə irəliləyir, inkişaf edir. Sizin zəngin siyasi təcrübəniz, yüksək peşəkarlığınız Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir. Sizin dünya miqyasında yeritdiyiniz uzaqgörən və praqmatik siyasətiniz, dövlətimizin milli mənafelərini qətiyyətlə qorumaq və müdafiə etməkdə xüsusi bacarığınız sayəsində Azərbaycan regional və beynəlxalq gündəlikdə olan ən mühüm məsələlərin həllində fəal rol oynayır və günü-gündən qüdrətli dövlətə çevirilir.
Hörmətli cənab Prezident, Ali Baş Komandan!
Bir daha səmimi-qəlbdən təbrik edir, Uca Yaradandan Sizə uzun ömür və möhkəm cansağlığı arzulayıram.
Dərin hörmət və ehtiramla,
Qeyri Hökumət Təşkilatının sədri Prezident İlhah Əliyevə Təbrik Məktubu Göndərib!

"Sosial Dövlət Naminə" Qeyri Hökumət Təşkilatının sədri Faiq Əhmədov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930