bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Üzərində 6 avtomobil olan yük maşını Goranboyda qəzaya düşdü - FOTO

27-12-2021, 10:03 133 dəfə baxılıb

Üzərində 6 avtomobil olan yük maşını Goranboyda qəzaya düşdü - FOTO



Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə gecə saatlarında Bakı-Qazax avtomagistralının Goranboy rayonundan keçən hissəsində, Gorançayın üzərindəki körpüdə qeydə alınıb.


Üzərində 5 minik, 1 yük maşını (ümumilikdə 6 maşın) olan iritonnajlı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə maşını Gorançayın üzərindəki körpünün beton konstruksiyasına, daha sonra isə dəmir arakəsmələrə çırpıb.

Zərbənin gücündən avtomobillərdən biri yük maşınından düşərək əzilib, digərləri isə zədələnib.

Sürücüyə hadisə yerində tibbi yardım göstərilib. Yol-nəqliyyat hadisəsi baş verən ərazidə avtomobillərin hərəkətində müəyyən çətinlik yaranıb.

Yol infrastrukturuna da ciddi ziyan dəyib. Hadisənin başvermə səbəbləri araşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30