bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Abşeronda iki avtomobil toqquşdu: Ölən var

27-12-2021, 10:03 131 dəfə baxılıb

Abşeronda iki avtomobil toqquşdu: Ölən var



Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Məmmədli kəndində “AzSamand” və “Mercedes-Benz” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 2000-ci il təvəllüdlü Vəliyev Cəmaləddin Şahlar oğlunun meyitini deformasiyaya uğrayan “AzSamand” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30