12-17 yaş aralığında neçə nəfər vaksinasiya olunub? - RƏSMİ
“Azərbaycanda rəsmi olaraq 12-17 yaş aralığında yeniyetmələrin vaksinasiyası tövsiyə edilir”.
Oxu.Az xəbər verir ki, bu barədə səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev məlumat verib.
O bildirib ki, bu günə qədər sözügedən yaş aralığında olan 538 uşaq vaksinasiya olunub:
“Hər iki valideynin razılığı ilə bu uşaqlara “Pfizer” vaksini vurulub”.