bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Hansı vitaminin çatışmazlığı korluğa səbəb ola bilər?

31-12-2021, 09:12 259 dəfə baxılıb

Hansı vitaminin çatışmazlığı korluğa səbəb ola bilər?
A vitamini çatışmazlığı gözün buynuz qişasının qurumasına və zədələnməsinə gətirib çıxarır ki, bu da korluğa səbəb ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada uşaq ölümünün əsas səbəbi kimi A vitamini çatışmazlığı ilk sıralarda yer alır. Hər il təxminən 250-500 min yaxşı qidalanmayan azyaşlı A vitamini çatışmazlığı səbəbindən kor olur və bundan sonra onların təxminən yarısı bir il ərzində ölür.


Vitamin A gözün fəaliyyəti üçün piqmentlərin istehsalına müsbət təsir göstərir. Həmin piqmentlər çatışmadıqda “toyuq” və ya gecə korluğu meydana gəlir. Həmçinin, bu maddə olmadan quru göz sindromu inkişaf edə bilər.

Ekspertləin fikrincə, bu mikroelementin çatışmazlığını qida əlavələrinin köməyi ilə aradan qaldırmğa dəyməz. Belə ki, bu, sağlamlığa zərər vura bilər.

Orqanizmin A vitamininə ehtiyacını ödəmək üçün balanslaşdırılmış pəhrizə riayət etmək vacibdir. Gündəlik rasionda ət, balıq, quş əti, süd məhsulları, həmçinin beta-karotinlə zəngin olan meyvə və tərəvəzlər: yerkökü, bibər, pomidor, ərik, manqoya üstünlük verilməlidir.

Mənbə: “RİA Novosti”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930