Gəncədə mənzildə qadın meyiti aşkarlanıb
Gəncə şəhərinin Kəpəz rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə cəlb olunan nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Məmmədova Qəndab Xosrov qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.