bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Nazirlikdən əhaliyə MÜRACİƏT

7-01-2022, 19:11 27 dəfə baxılıb

Nazirlikdən əhaliyə MÜRACİƏT
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 8-i səhərdən başlayaraq yanvarın 9-u səhərədək ölkə ərazisində bəzi ərazilərdə, xüsusilə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.

Belə ki, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin, güclü külək zamanı baş verən yanğınların söndürülməsinin mürəkkəbliyi nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30