Azərbaycan Səfirliyi Türkiyə hərbçilərinin həlak olması ilə bağlı başsağlığı verib - FOTO
Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkənin hərbçilərinin Suriya ilə sərhəddə həlak olması ilə bağlığı başsağlığı verib.
Başsağlığı səfirliyin tviter səhifəsində yayılıb.
Paylaşımda deyilir:
“Qəhrəman əsgərlərimizə Allahdan rəhmət, qardaş Türkiyəyə başsağlığı diləyirik”.
Qeyd edək ki, hadisə dünən Şanlıurfada, sərhəd xəttində baş verib. Terrorçuların yerləşdirdiyi qumbaranın partlaması nəticəsində 3 hərbçi həlak olub. Öz növbəsində Türkiyə hərbçiləri də dünən PKK/YPG terrorçularının hədəflərinə zərbələr endirib. İlkin məlumata görə, 12 terrorçu məhv edilib.