Hava şəraitinə görə Bakı-Naxçıvan təyyarəsi geri qayıtdı
Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, təyyarə saat 08:50-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.