Ərdoğan: “Azərbaycanın qələbəsindən sonra Qafqaz bölgəsi özünün yeni dönəminə daxil olub”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin səfirləri ilə görüşdən sonra mətbuata bır sıra açıqlamalar verib.
Xəbəri “Haber Global” dərc edib.
R.T.Ərdoğan bəyan edib ki, Azərbaycan öz ərazilərini işğaldan azad edəndən sonra Qafqaz bölgəsi özünün yeni dönəminə daxil olub.
“Ermənistanla münasibətlərin normallaşdırılması prosesini başlatmışıq. Atılan addımların nəticə verməsi üçün Ermənistanın fürsətdən istifadə edib Azərbaycanla müsbət əlaqələr qurması vacibdir”, - deyə Türkiyə Prezidenti vurğulayıb.