Bakıda çovğun olacaq, yollar buz bağlayacaq - YENİLƏNİB
Bakıda və Abşeron yarımadasında yaxın iki gün ərzində güclü şimal-qərb küləyinin güclü cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 13-ü axşamdan şimal-qərb küləyinin 18-23 m/s, arabir 25 m/s, 13-dən 14-nə keçən gecə və 14-də səhər arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir.
Qarla müşayiət olunan güclü külək nəticəsində yanvarın 14-ü səhər çovğun olacağı ehtimalı var. Yanvarın 14-ü günün ikinci yarısında küləyin 15-18 m/s olacağı, 14-ü axşamdan 15-i gündüzədək isə cənub-qərb küləyinə keçəcəyi, 15-20 m/s, arabir 27-32 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın minimal temperaturunun yanvarın 14-dən 15-nə keçən gecə 0 dərəcəyə yaxın, nisbətən yüksək ərazilərdə 2 dərəcəyədək şaxta olacağı, yolların buz bağlayacağı gözlənilir.
Yağıntı haqqında xəbərdarlıq öz qüvvəsindədir.
Azərbaycanın rayonlarında hava yanvarın 13-ü axşam şimal və qərb rayonlarından başlayaraq 14-ü axşamadək yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Yanvarın 13-ü axşamdan 16-dək şimal-qərb, qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcək. Yağıntı 14-ü axşamadək davam edəcək.
Havanın minimal temperaturunun 14-dən 15-nə keçən gecə Mərkəzi Aran rayonlarında 0-5 dərəcə şaxta, dağlarda 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacağı gözlənilir.
Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimalı var.
13:44
Bakıda və Abşeron yarımadasında yanvarın 14-də havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək, axşam cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə və gündüz 1-3° isti, Bakıda gecə və gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Yağıntı axşama doğru tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq, güclü qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° şaxta, yüksək dağlıq ərazilərdə gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.