İsveçdə “Omikron” ştammının yeni mutasiyası tapıldı
İsveçdə “Omikron” ştammının yeni mutasiyası tapılıb.
Bu barədə yerli mətbuat məlumat yayıb.
BA.2 adlandırılan koronavirusun yeni subvariantı Upsaladakı Akademik Laboratoriyada aşkar edilib. Sözügedən mutasiya cümə günü üç nəfərdə qeydə alınıb.
Laboratoriyanın sözçüsü Mats Martinel bildirib ki, hələlik bu mutasiya haqqında çox az şey məlumdur. Onun sözlərinə görə, yeni subvariant daha dərin ardıcıllıq tələb etdiyi üçün, çox güman ki, bəzi yoluxmuş şəxslərdə müəyyən edilməyib.
O əlavə edib ki, yeni alt variantın daha təhlükəli olub-olmadığını və ya İsveçdə sürətlə yayılacağını söyləmək hələ tezdir.
Mənbə: TASS