bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Sabah hava necə olacaq?

20-01-2022, 12:08 24 dəfə baxılıb

Sabah hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, Bakıda gecə 0°-yə yaxın, gündüz 4-6° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Tibbi-meteoroloji proqnoz gəlincə, yanvarın 21-də gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin 21-i gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30