“Azəriqaz” yanvarın 20-də istehlak olunan qazın həcmini AÇIQLADI
“Ötən gün Azərbaycanda təbii qazın istehlak həcmi əvvəlki günə nisbətən 2 milyon 696 min kubmetr çox olub”.
Oxu.Az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov bildirib.
O bildirib ki, yanvarın 20-si ən çox qaz istehlak edilən gün olub:
“Gün ərzində 42 milyon 269 min kubmetr qaz istehlak edilib. Bunun 24 milyon 961 min kubmetri Bakı və Abşeronun, qalan 17 milyon 308 min kubmetri isə bölgələrin payına düşüb. Gündəlik istehlak həcminin artımı Bakı və Abşeronda 1 milyon 648 min kubmetr, bölgələrdə isə 1 milyon 48 min kubmetr təşkil edib”.