bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Sosial şəbəkədə əsassız məlumat yayan şəxsə bir aylıq həbs cəzası verildi

24-01-2022, 12:16 60 dəfə baxılıb

Sosial şəbəkədə əsassız məlumat yayan şəxsə bir aylıq həbs cəzası verildi
Aparılan yoxlamalar ilə ictimai-siyasi sabitliyin pozulması, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması, həmçinin dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədi güdən paylaşımların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş Prokurorluğa dəvət olunmuş, onların barələrində qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, sosial media istifadəçiləri Mirzəli Yalçın Yaşar oğlu, Hüseynov İlham Telman oğlu, Abbaslı Nizami Əsədulla oğlu, İsayev Əfqan Ənvər oğlu və Azadov Rasim Əlif oğluna gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı “Prokurorluq haqqında” qanunun 21-ci maddəsində nəzərdə tutulan qaydada xəbərdarlıq edilib.

Əliyev Namiq Səməd oğlu “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-2.3.9-cu bəndi ilə yayılması qadağan edilən, demokratik təsisatlara qarşı təzyiqlərin göstərilməsi, dövlət orqanlarının fəaliyyətlərinin pozulması, ölkədə idarəetmə səviyyəsinin aşağı düşməsinə yönələn çağırışlar etməyə, həmçinin təhqir və ya böhtan xarakteri daşıyan informasiyanı “Facebook” sosial şəbəkəsində yerləşdirilməsinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq Bakı şəhəri, Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə Namiq Əliyev barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.

Öz növbəsində Namiq Əliyevin “Facebook” sosial şəbəkəsində ona məxsus olan “Yeniavaz.az” səhifəsində yuxarıda təsbit olunan informasiyanı götürməməsinə görə hüquqi şəxs “Azərmedia” MMC barəsində İXM-nin 388-1.1.2-ci (internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğu internet informasiya ehtiyatlarının istifadəçilərinə müraciət edərək virtual məkanda qanunvericiliyin tələblərinə riayət etməyə, həmçinin ictimai müzakirələrin qanun çərçivəsində və etik normalara uyğun aparılmasını tələb edir. Əks halda qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930