Jurnalistlər məlumatlarla təmin edilməlidir - AÇIQLAMA
“Azərbaycanda jurnalistlər məlumatlarla təmin edilməlidir. Bilirik ki, bu sahədə problemlər mövcuddur”.
Oxu.Az-ın məlumatına əsasən, bunu media nümayəndələri üçün postmünaqişə dövrü ilə bağlı keçirilən təlimdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, MEDİA sahə jurnalistikasının inkişafında maraqlıdır.
“Biz belə bir müstəvinin formalaşmasının tərəfdarıyıq”, - deyə Əhməd İsmayılov əlavə edib.
Əhməd İsmayılov bildirib ki, gələcəkdə xarici ekspertlər də bu cür təlimlərə cəlb oluna bilər.