“Tesla” Türkiyə bazarına daxil oldu - FOTO
Elektrikli avtomobil istehsalçısı “Tesla” rəsmi olaraq Türkiyə bazarına daxil olub.
50 milyon lirə (6,3 milyon manat) ödəyərək şirkətin Türkiyədəki kapitalını artıran İlon Mask, “Lufthansa” Hava Yollarının Türkiyə-İraq baş direktoru vəzifəsini icra edən və şirkətin 20 faiz böyüməsində böyük payı olan Kemal Geçeri şirkətin Türkiyə bölməsinı rəhbər gətirib.
“Tesla”nın yaxın müddət planları hazırda mövcud modellərin (Model “3”, “Y”, “S” və “X”) satışı üçün diler mərkəzləri açmaq, sonra isə qonşu Bolqarıstanı, eləcə də Serbiya və Rumıniyanı əhatə edəcək “Supercharger” enerji doldurma stansiyaları şəbəkəsini genişləndirməkdir.