bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

2022-ci ildə Azərbaycanda inflyasiya dərəcəsi ilə bağlı PROQNOZ

28-01-2022, 19:02 57 dəfə baxılıb

2022-ci ildə Azərbaycanda inflyasiya dərəcəsi ilə bağlı PROQNOZ
İnflyasiya səviyyəsinin 2022-ci ilin sonunda hədəf diapazonunun yuxarı həddinə, 2023-cü ildə isə hədəf diapazonunun mərkəzinə yaxınlaşacağı gözlənilir.

Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.


Bildirilib ki, hökumətlə Mərkəzi Bankın hazırladığı antiinflyasiya tədbirlərinin qəbulu və reallaşdırılması qiymətlər sabitliyi üzrə proqnozun reallaşmasında mühüm rol oynayacaq.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar qiymətlərin dinamikası, yenilənmiş makroiqtisadi proqnozlar və risk balansında dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək.

Rəsmi statistikaya görə 2021-ci ildə illik inflyasiya 12 faiz, orta illik inflyasiya 6,7 faiz təşkil edib. Orta illik baza inflyasiya isə 4,2 faiz olub. İnflyasiyanın yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə davam edib.

İllik ərzaq inflyasiyası 15,8 faiz təşkil etməklə ümumi inflyasiyanın təxminən 3/5-nü formalaşdırıb. Cari ilin yanvar ayında da davam edən ərzaq inflyasiyası dünya ərzaq qiymətlərinin dinamikasından əhəmiyyətli təsirlənir.

Qeyri-ərzaq məhsulları üzrə qiymətlər son 1 ildə 7,7 faiz yüksəlib. Qeyri-ərzaq məhsulları arasında ən çox illik bahalaşma yanacaq məhsulları və inşaat materialları üzrə qeydə alınıb.

Xidmətlər son 1 ildə 10 faiz bahalaşıb. Xidmətlər üzrə inflyasiyaya dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasının təsirləri davam edir.

İnflyasiya amilləri üzrə təhlil göstərir ki, qiymət artımının birbaşa və dolayı olaraq yarısından çoxu xarici mənşəli amillərlə bağlıdır. 2021-ci ildə idxal qiymətləri 21 faizdən çox artıb.

Pandemiyanın davam etməsi və dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasının təsirlərinin davam etməsi şəraitində ölkə daxilində istehsalçı qiymətlərinin yüksəlməsi də inflyasiyanın xərc amillərini fəallaşdırır. Son 1 ildə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 17 faiz, nəqliyyat xidmətlərinin qiymət indeksi 5,8 faiz artıb. Qiymətləndirmələrə görə dövlət tərəfindən tənzimlənən qiymətlərin illik inflyasiyaya təsiri 20 faizi üstələyir.

Baza proqnoza görə 2022-ci ildə illik inflyasiyanın 6,6-7,1 faiz intervalında olacağı gözlənilir. 2022-ci ildə inflyasiyanın əvvəlki illə müqayisədə azalacağının proqnozlaşdırılması əsasən dünya əmtəə qiymətlərində artımın və tərəfdaş ölkələrdə inflyasiyanın azalacağı, eləcə də monetar şəraitin sərtləşməsinin gözlənilən effektləri ilə izah edilir. Digər şərtlərin sabit qalması və mövcud meyillərin davam etməsi halında 2023-cü ilin I rübündən sonra inflyasiyanın hədəf diapozonuna daxil olacağı proqnozlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930