bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Yaddaşı gücləndirmək üçün ən yaxşı içkilər açıqlandı - FOTO

29-01-2022, 10:29 26 dəfə baxılıb

Yaddaşı gücləndirmək üçün ən yaxşı içkilər açıqlandı - FOTO
Açarların hara qoyulduğunu unutmaq və ya hansısa xatırlanmayan söz adətən yaşlanma prosesinin normal bir hissəsidir. Əslində, yaddaş zəifliyi olduqca geniş müşahidə olunan haldır, çünki orqanizm yaşlandıqca beyin bir çox dəyişikliklərə məruz qalır.

Yaddaş itkisinin daha ciddi səbəbi olması ehtimalı həmişə var, bu da həkimə müraciət etmək üçün səbəbdir. Ancaq cüzi koqnitiv dəyişikliklər yaşanırsa, kömək etmək üçün gündəlik qida rasionunda bəzi dəyişikliklər etmək olar.

Amerikalı dietoloq Emi Qudson da beynin fəaliyyətini güclndirən və yaddaşı yaxşılaşdıran içkilərin adını açıqlayıb.

Mütəxəssisin fikrincə, yaşa bağlı yaddaş pozulması ilə mübarizə aparmaq üçün qəhvə və yaşıl çay lazımdır.



Onun sözlərinə görə, bu içkilər zehni geriləmədən qoruya, həmçinin Altsheymer və Parkinson xəstəlikləri riskini azalda bilən polifenollar və antioksidantlarla zəngindir.



Qudson nar şirəsinini də son dərəcə faydalı olduğunu bildirib. O, qeyd edib ki, bəzi hallarda bu içki yaşıl çaydan dörd qat daha çox antioksidan ehtiva edə bilər.

“Nar həm də güclü iltihabəleyhinə xüsusiyyətlərə malikdir və buna görə bədəndə xroniki iltihabı azaltmağa kömək edir”, - deyə o, bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930