bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Prezident: “Dünya artıq başqalaşıb, biz tədricən işin yeni formatına, həyatın yeni formatına öyrəşirik”

30-01-2022, 17:41 23 dəfə baxılıb

Prezident: “Dünya artıq başqalaşıb, biz tədricən işin yeni formatına, həyatın yeni formatına öyrəşirik”

Dünya artıq başqalaşıb, biz tədricən işin yeni formatına, həyatın yeni formatına, özünütəcrid rejiminə öyrəşirik. Əlbəttə, ünsiyyət çatışmazlığını hiss edirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Rossiya 24” telekanalında yayımlanan “Hakimiyyət formulu” verilişində bildirib.

Verilişin aparıcısı Mixail Qusmanın beynəlxalq forumlarla bağlı başlatdığı söhbəti davam etdirən, postpandemiya dövründə dünyanı necə təsəvvür etdiyi barədə sualını cavablandıran dövlətimizin başçısı deyib: “Beynəlxalq forumlara gəldikdə isə, siz tamamilə haqlı olaraq qeyd etdiniz ki, artıq Azərbaycan, ilk növbədə, humanitar əməkdaşlıq üçün mühüm məkana çevrilib. Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə keçirilən və təşəkkülündə sizin, Mixail Solomonoviç, şəxsən çox böyük rol oynadığınız Bakı Beynəlxalq Humanitar Forumu da, Mədəniyyətlərarası Dialoq Forumu da, keçirilməsi bu gün təxirə salınmış çoxlu başqa tədbirlər də suallar doğurur: biz onları necə keçirəcəyik? Lakin mənim fikrimcə, əsas məsələ, hər halda, o cümlədən beynəlxalq praktika məsələlərində əməkdaşlığın məzmununu, bu sahədə müsbət təcrübəni qoruyub saxlamaqdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30