Azərbaycanın xaricdə ən çox tələb olunan qeyri-neft məhsulları məlum oldu - FOTO
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə isə 2,7 milyard ABŞ dolları olub.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında məlumat verilib.
Qeyri-neft sektoru üzrə 2020-ci il ilə müqayisədə ixrac 870 milyon ABŞ dolları və ya 47,2 faiz artıb.
2021-ci ildə meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 milyon ABŞ dolları artaraq 630,4 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövrdə pambıq ipliyi ixracı 3,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 2,9 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı iki dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66,2 faiz, pambıq lifi ixracı 58,3 faiz, şəkər ixracı isə 19,3 faiz artıb.