bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Mikroavtobus sürücüsü Ağsunu qaranlığa qərq etdi

31-01-2022, 12:53 24 dəfə baxılıb

Mikroavtobus sürücüsü Ağsunu qaranlığa qərq etdi
Ağsuda avtomobilin işıq dirəyinə çırpılması nəticəsində şəhər ərazisi dörd saat işıqsız qalıb.

“Report” xəbər verir ki, hadisə ötən gecə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Ford” markalı mikroavtobusun sürücüsü, rayonun Ərəbuşağı kənd sakini, Elvin Hüseyn oğlu Muradov adıçəkilən küçədə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

Nəticədə işıq dirəyi aşıb və şəhərin bir hissəsində elektrik enerjisinin verilişi dayanıb. Elektrik şəbəkəsinin işçiləri hadisə yerinə cəlb olunub və həmin əraziyə işığın verilişi qismən bərpa olunub. Hazırda işlərin tam başa çatması istiqamətində Ağsu rayon elektrik şəbəkəsinin əməkdaşları işlərini davam etdirirlər.

Faktla bağlı araşdırmalara başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031