bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Heydər Əliyev: Qorbaçovun cavabını verdim

7-05-2019, 11:04 219 dəfə baxılıb



Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi ərəfəsində sosial şəbəkədə onunla bağlı maraqlı bir video diqqət çəkib.

Kult.az xəbər verir ki, videoda Heydər Əliyevin mədəniyyət xadimləri ilə görüşü əks olunub.

O, görüş zamanı SSRİ lider Mixail Qorbaçovla bağlı bir xatirəsini bölüşüb:

“SSRİ kimi böyük bir dövlətin mükafatını almaq asan bir şey deyildi. Ukrayna kimi bir respublikada cəmi 2 Sosialist Əməyi Qəhrəmanı var idi. Amma bizdə 10-dan yuxarı oldu, səhv etmirəmsə. Hətta bir-iki dəfə Qorbaçov mənim özümə də dedi ki, necə olur, Ukrayna kimi böyük respublikadan 2, Azərbaycandan isə 8 nəfər Sosialist Əməyi Qəhrəmanı adını alır. Dedim ki, Mixail Sergeyeviç, bunu mən təşkil etməmişəm. Əgər Ukraynada buna layiq başqa insanlar da olsaydı, mən əminəm ki, onlar da bu mükafatı alardılar. Deməli, yox imiş. Daha çox azərbaycanlı bu mükafatı alıbsa, bu, mənim günahım deyil. Bu, sadəcə, xalqın istedadıdır.

Cavabını verdim, səsini kəsdim”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30