Bacı-qardaşın qətli ilə bağlı cinayət işi açılıb
Fevralın 6-sı saat 17:00 radələrində Goranboy rayonu, Qarasüleymanlı kəndi ərazisində kənd sakinləri 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Goranboy Rayon Rrokurorluğunda aparılan ilkin araşdırmalarla zərərçəkmişlərin həmkəndlisi, 1965-ci il təvəllüdlü İlham Haqverdiyevin torpaq mübahisəsi ilə əlaqədar aralarında yaranmış münaqişə zamanı Pərviz Namazov və Səlmi Namazovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlham Haqverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.
Bizimlə əlaqə saxlayın