Yanvarda ötən ilin son altı ayındakı qədər yoluxma qeydə alınıb
Yanvarda dünya üzrə təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı birdən-birə 90 milyon nəfərə çatıb ki, bu da ötən ilin dekabr ayı ilə müqayisədə 3,6 dəfə, ötən ilin yanvar ayı ilə müqayisədə isə 4,7 dəfə çoxdur.
Bu rəqəm həm də 2021-ci ilin ikinci yarısında qeydə alınan yoluxmaların ümumi sayı ilə demək olar ki, bərabərdir.
Beləliklə, planetdə yoluxma pandemiya ərzində maksimuma çatıb. Təkcə son həftədə dünyada 22 milyon yoluxma faktı təsdiqlənib ki, bu da pandemiya dövrünün ən yüksək göstəricisi olub.
Bununla belə, bəzi ölkələrdə əsas məhdudiyyətlər, hətta maska rejimini də qaldırılıb və tezliklə koronavirusun adi soyuqdəymə kimi müalicə etməyə başlanılacağı elan edilib.
Mənbə: TASS