Virusoloq koronavirusun gələcəyini proqnozlaşdırdı
Rusiyalı virusoloq Anatoli Altşteyn ölkədə koronavirusa yoluxma hallarının sürətlə azalacağını proqnozlaşdırıb.
O, bildirib ki, buna baxmayaraq xəstəlik heç zaman yox olmayacaq.
“Dünyada nəinki peyvənd olunmuş kifayət qədər insan var. Artıq çoxlu sayda peyvənd yaradılıb, çoxlu insanlar xəstələnib. Nəticədə virusun inkişaf perspektivləri zəifləyib. Lakin koronavirus insanlara arasında qalacaq. Biz vaksinasiyaya davam edəcəyik. Amma artıq pandemiya olmayacaq. Normal həyata dönərək, uzun müddət və davamlı şəkildə bu virusla mübarizə aparmalı olacağıq”, - deyə alim bəyan edib.
Mənbə: “RİA Novosti”