bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Məhkəmə sabiq məktəb direktoruna elektron qolbağın taxılması barədə hökm çıxarıb

8-02-2022, 17:22 127 dəfə baxılıb

Məhkəmə sabiq məktəb direktoruna elektron qolbağın taxılması barədə hökm çıxarıb
Lənkəran rayonunun Şirinsu kənd orta məktəbinin sabiq direktoru Zeynəb Əhmədovaya hökm oxunub və o, 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Bildirilib ki, Z.Əhmədovanın barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Protest Şirvan Apellyasiya Məhkəməsində araşdırılacaq.

İttiham aktına əsasən, Z.Əhmədova işlədiyi müddət ərzində müxtəlif cinayətkar üsullardan istifadə edilməklə faktiki olaraq tədris olunmayan dərs saatlarının rəsmiləşdirilməsi yolu ilə və digər qanunsuz vasitələrlə dövlət büdcəsindən ayrılan ümumilikdə 3 849 manat məbləğində pul vəsaiti mənimsəyib.

O, həmçinin öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə işə qəbul üçün müraciət edən şəxsin tam ştat vahidi üzrə vakant elektrik vəzifəsinə təyin olunması müqabilində 500 manat məbləğində pul vəsaiti və digər maddi neməti rüşvət qismində alıb.

İstintaq dövründə Z.Əhmədovanın barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (Mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.1-ci (Rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930