bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Omikron” mədə-bağırsaq sistemini daha çox zədələyir - AÇIQLAMA

9-02-2022, 18:19 79 dəfə baxılıb

“Omikron” mədə-bağırsaq sistemini daha çox zədələyir - AÇIQLAMA
“Omikron”da xəstəliyin gizli dövrü mövcuddur, lakin bu müddət çox qısa zaman çərçivəsini əhatə edir”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “Omikron” ştammının əlamətlərindən danışarkən deyib.

O bildirib ki, “Omikron” koronavirusun mutasiyalarından biridir və dünya ölkələrində də həmin ştammın müəyyən növləri var:

“Belə ki, “Omikron”da xəstəliyinin gizli dövrü 3, ya 4 gün çəkir, çox nadir hallarda 5 gün uzana bilir. Bu səbəbdən də karantin müddəti yeddi günə qədər qısaldıldı. Yoluxuculuq günlərinin sayı da nisbətən azdır. Hətta bəzi ölkələrdə karantin müddəti beş günə qədər azaldılıb. Əlamətlərdə də fərqlilik var. Yuxarı tənəffüs yollarının zədələnməsi mövsümi xəstəliklərin simptomları ilə eynilik təşkil edir”.

T.Eyvazov qeyd edib ki, digər infeksiyalarda hərarəti 38-39 dərəcəyə qədər yüksələn şəxs özünü halsız hiss etmirdisə, indi hərarəti 37 dərəcəyə qədər yüksələn şəxs özünü yorğun hiss edir:

“Əvvəlki ştammlardakı iy, dadbilmənin itirilməsi “Omikron” ştammında az müşahidə olunur. Mədə-bağırsaq sisteminin pozulması daha çox qeydə alınır. Bəzi xəstələrdə ilkin əlamətlər bu cür ola bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930