bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Futbol üzrə Azərbaycan Kubokunda cavab oyunları başlayır

11-02-2022, 13:14 211 dəfə baxılıb

Futbol üzrə Azərbaycan Kubokunda cavab oyunları başlayır
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Oxu.Az xəbər verir ki, üç gün davam edəcək qarşılaşmalar çərçivəsində ilk görüş baş tutacaq.

“Keşlə” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Matç “ASK Arena”da təşkil olunacaq.

İlk görüşdə minimal hesabla uduzan “Keşlə” titulunu qorumaq üçün mərhələ adlamağa çalışacaq. Premyer Liqanın lideri isə “Qızıl dubl” arzusuna doğru növbəti addımı atmaq niyyətindədir.

Azərbaycan kuboku
1/4 final, cavab oyunu
11 fevral
18:00 “Keşlə” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov
“ASK Arena”
İlk oyun – 0:1

Qeyd edək ki, 1/4 finalın digər oyunları qarşıdakı iki gün ərzində keçiriləcək. “Sabah” – “Neftçi” oyunu sabah, “Qəbələ” – “Sumqayıt” və “Səbail” – “Zirə” görüşləri fevralın 13-də baş tutacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30