bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Novruz bayramını Şuşada keçirmək istəyənlərin NƏZƏRİNƏ - FOTO

11-02-2022, 13:18 34 dəfə baxılıb

Novruz bayramını Şuşada keçirmək istəyənlərin NƏZƏRİNƏ - FOTO
Mart ayında - Novruz bayramı günlərində Bakı-Şuşa-Bakı istiqamətində avtobus reysləri hər gün həyata keçiriləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Oxu.Az-a verilən məlumatda bildirilib ki, biletlər artıq satışa çıxarılıb.


Qeyd edilib ki, bu günə qədər Şuşa və Ağdama 27 reys uğurla həyata keçirilib. Fevral ayı üzrə bilet satışı artıq yekunlaşmaq üzrədir. Bakı-Şuşa-Bakı və Əhmədbəyli-Şuşa-Əhmədbəyli marşrutlarında isə bütün biletlər alınıb.

Bakı-Şuşa-Bakı istiqamətində fevralın 16-dan həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək. İlkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.

Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada satılır.

Marşrutlar üzrə qiymətləndirilmələr və təhlillər davam etdiriləcək. Tələbata uyğun olaraq müvafiq qərarlar qəbul olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30