Ticarət nümayəndəsi: “Rusiyanın regionları Azərbaycan məhsullarını almağa hazırdır”
“Rusiyanın regionlarının böyük hissəsi Azərbaycan məhsullarını gözləyir və bu məhsulları almağa hazırdırlar”.
“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Zaqitoviç bu gün Xaçmazda “Aqroekspress” layihəsinin işə salınması çərçivəsində Ləcət stansiyasında ilk yük qatarının göndərilmə mərasimində deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanla Rusiya arasında həyata keçirilən “Aqroekspress” kimi layihələri dəstəkləyirik: "Bu layihə sayəsində Rusiyanın regionlarının Azərbaycan məhsullarını almaq imkanları şaxələndirilir. Əminəm ki, “Aqroekspress” layihəsi müntəzəm şəkildə həyata keçiriləcək və bu, bizim ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət göstərəcək”.