Aİ və ABŞ aviaşirkətləri Ukraynaya uçuşları ləğv edib
Bir neçə ABŞ və Aİ aviaşirkəti Ukraynaya uçuşları ləğv edib.
Belə ki, Kiyevin Borispol hava limanında ABŞ-ın “Delta” Hava Yolları və Niderlandın KLM şirkətlərinin reysləri təxirə salınıb.
Bundan əlavə, “Ryanair” şirkəti Kiyevdən Poznana uçuşunu həyata keçirilməyəcək.
Həmçinin, Polşa Hava Yollarının Odessadan Varşavaya reysi də ləğv olunub.
Qeyd edək ki, bazar günü səhər saatlarında Ukrayna parlamentinin üzvü Aleksiy Qonçarenko bildirib ki, çox güman, bazar ertəsi Bakı vaxtı ilə saat 17:00-dan etibarən Ukrayna üzərindən hava hərəkəti dayandırılacaq. Lakin ölkə prezidentinin ofisi və müvafiq qurumlar bu iddianı rədd edib.
Mənbə: TASS