Millimizin üzvü Rusiya klubuna transfer edildi
Azərbaycan millisinin və İspaniyanın “Palma” klubunun futzalçısı Rafael Vilela karyerasını Rusiyada davam etdirəcək.
Oxu.Az xəbər verir ki, braziliyalı hücumçu Rusiyanın “Tümen” klubu ilə anlaşıb.
Bu barədə “Tyumenskaya liniya” məlumat yayıb.
Superliqa təmsilçisi Avropa çempionatında millimizin heyətində ən çox qol (3) vurmuş 28 yaşlı forvardı tibbi baxışdan keçirdikdən sonra onunla müqavilə bağlayacaq.
Qeyd edək ki, bu transfer üçün “Tümen”in İspaniya klubuna 200 min avro transfer məbləği ödədiyi bildirilir.