bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Vətən müharibəsi qazilərinə həsr olunmuş “Mərmidən xatirələr” kitabının təqdimatı keçirilib - FOTO

18-02-2022, 11:23 54 dəfə baxılıb

Vətən müharibəsi qazilərinə həsr olunmuş “Mərmidən xatirələr” kitabının təqdimatı keçirilib - FOTO
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun və Bakı Kitab Mərkəzinin dəstəyi ilə fevralın 17-də “Mərmidən xatirələr” kitabının təqdimatı və imza günü keçirilib.

Bakı Kitab Mərkəzində keçirilən təqdimatda təşkilatın idarə heyətinin üzvləri, gənclər, Vətən müharibəsi qaziləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. İştirakçılar gənc yazıçı Abdulla Səfinin 44 günlük Vətən müharibəsi qazilərindən bəhs edən “Mərmidən xatirələr” kitabı haqqında müəllifin özündən məlumat əldə ediblər. Müəllif bildirib ki, kitabda qəhrəmanlarımızın müharibə xatirələri və onların Şuşa qalasına kimi keçdiyi şanlı döyüş yolu öz əksini tapıb, o, müharibənin real üzünü bədii şəkildə oxuculara çatdırmağa çalışıb.

Təqdimatda çıxış edən natiqlər bu kimi təşəbbüsləri yüksək qiymətləndirib, əsərin torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərilən qəhrəmanlıqların və fədakarlıqların gələcək nəsillərə ötürülməsində, gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacağını diqqətə çatdırıblar.

“Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində azad olunmuş ərazilərimizə böyük qayıdışa töhfə vermək məqsədilə yaradılan təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri də Vətən müharibəsi qəhrəmanlarının, şəhid və qazilərimizin cəmiyyətdə, xüsusilə də gənclər arasında tanıdılması, şanlı Zəfər tarixinin təbliğ edilməsidir. Bu günədək təşkilat tərəfindən bu istiqamətdə bir sıra maraqlı və əhatəli layihələr – “Qəhrəmanını tanı”, “44 günün qəhrəmanları”, “Qazilərlə bir gün”, “Milli Qəhrəmanlarımız”, “Zərif Qəhrəmanlar” və s. həyata keçirilib.

Təqdimat zamanı gənclər əsərin qəhrəmanlarından bəziləri ilə tanış olub, döyüş xatirələrini dinləyib, onlara və müəllifə suallar ünvanlayıblar. Tədbirin sonunda istedadlı yazıçı kitabsevərlər üçün kitabını imzalayaraq hədiyyə edib və xatirə fotoları çəkilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30